Mingəçevirdə mənzildən kişi meyiti tapılıb - YENİLƏNİB

Mingəçevirdə mənzildən kişi meyiti tapılıb - YENİLƏNİB Kişinin öz əcəli ilə köməksiz şəraitdə vəfat etdiyi ehtimal olunur
Hadisə
17 Mart , 2018 20:32
Mingəçevirdə mənzildən kişi meyiti tapılıb - YENİLƏNİB
Report

Mingəçevir. 17 mart. REPORT.AZ/ Mingəçevir şəhərində mənzildə meyitin tapılan şəxsin adı məlum olub.

"Report”un Şirvan bürosu xəbər verir ki, şəhərin Nizami küçəsi 21, mənzil 3 ünvanında yaşayan 1936-ci il təvəllüdlü Çingiz Bənəçi oğlu Qarayevi polis əməkdaşları ölmüş vəziyyətdə aşkar ediblər.

Kişinin öz əcəli ilə köməksiz şəraitdə vəfat etdiyi ehtimal olunur.


***20:01

Mingəçevir. 17 mart. REPORT.AZ/ Mingəçevir şəhərində mənzildən kişi meyiti aşkar edilib.

"Report”un Şirvan bürosu xəbər verir ki, hadisə şəhərin Nizami küçəsi 21, mənzil 3 ünvanında qeydə alınıb.

Belə ki, ev sahibinin uzun müddət görünmədiyindən və çölə çıxmadığından qonşular qapı döyüb və ev sahibinin qapını açmadığını görüb polisə məlumat veriblər. Hadisə yerinə gələn polis əməkdaşları evin pəncərəsinin şüşələrini qıraraq mənzilə daxil olublar və hələlik adı məlum olmayan ev sahibinin meyiti aşkar ediblər.

Faktla bağlı araşdırmlara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi