Bakı. 3 dekabr. REPORT.AZ/ Mingəçevirdə mənzildən 56 yaşlı kişinin meyiti tapılıb.
"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə şəhərin H.Cavid küçəsi ev 31-də qeydə alınıb.
Belə ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Mingəçevir şəhərində fərdi yaşayış evində 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasedicilər hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1960-ci il təvəlüdlü Hüseynov Akif Mehdi oğlunun cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.
Faktla bağlı araşdırmalara başlanılıb.