Mingəçevirdə mağazadan 140 min manatlıq qızıl əşyalar oğurlanıb - FOTO

Mingəçevirdə mağazadan 140 min manatlıq qızıl əşyalar oğurlanıb - FOTO Oğurluq edən şəxs açıq şəkildə təhlükəsizlik kamerasına düşüb
Hadisə
27 Oktyabr , 2017 17:29
Mingəçevirdə mağazadan 140 min manatlıq qızıl əşyalar oğurlanıb - FOTO
Report

Mingəçevir. 27 oktyabr. REPORT.AZ/ Mingəçevir şəhərində mağazadan 140 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb. 

"Report"un Şirvan bürosunun məlumatına görə, hadisə şəhərin 20 yanvar küçəsində yerləşən qızıl-zinət əşyaları mağazasında baş verib.

Belə ki, naməlum şəxs satıcının nahar fasiləsinə getməsindən istifadə edərək Adil Ramazan oğlu Yusifova məxsus mağazadan 140 min manat dəyərində qızıl-zinət əşyaları oğurlayaraq qaçıb. Oğurluq edən şəxs açıq şəkildə təhlükəsizlik kamerasına düşüb. 

Qeyd edək ki, şəhərin mərkəzi küçəsində yerləşməsinə və təhlükəsizlik kamerasının olmasına baxmayaraq, oğurluq edən şəxs mağazanın dəmir qapısını sındıraraq içəri keçib və qızıl-zinət əşyalarını götürərək ərazidən uzaqlaşıb.

Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən  əməliyyat -axtarış tədbirlərinə başlanılıb.

Son xəbərlər

Orphus sistemi