Mingəçevirdə kütləvi dava olub, 22 yaşlı gənc ağır xəsarət alıb

Mingəçevirdə kütləvi dava olub, 22 yaşlı gənc ağır xəsarət alıb Faktla bağlı araşdırma aparılır
Hadisə
19 Oktyabr , 2017 12:56
Mingəçevirdə kütləvi dava olub, 22 yaşlı gənc ağır xəsarət alıb

Mingəçevir. 19 oktyabr. REPORT.AZ/ Mingəçevir şəhərində kütləvi dava olub. 

"Report”un Şirvan bürosunun məlumatına görə, hadisə şəhərin Tərəvəzçilik yaşayış massivində qeydə alınıb.

Belə ki, həmin massivin sakini, 1995-ci il təvəllüdlü Elman Əkbər oğlu Quliyev mübahisə zəminində eyni vaxtda üç nəfər tərəfindən döyülüb. Hətta bunun nəticəsi olaraq onun su arxına yıxıldığı, müxtəlif dərəcəli bədən xəsarətləri aldığı və xəstəxanaya çatdırıldığı bildirilib. 

Eyni zamanda hadisə yerinə gələn E.Quliyevin anasının da təhqir olunaraq kobudluğa məruz qaldığı vurğulanır. 

E.Quliyevin məcburi köçkün olduğu deyilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi