Mingəçevirdə köçkün şəhərciyində düşən kütləvi davada bir nəfər ağır xəsarət alıb

Mingəçevirdə köçkün şəhərciyində düşən kütləvi davada bir nəfər ağır xəsarət alıb Mingəçevir. 14 aprel. REPORT.AZ/ Mingəçevir şəhərindəki köçkün şəhərciyində bir nəfər bir qrup şəxs tərəfindən döyülüb.
Hadisə
14 Aprel , 2018 14:05
Mingəçevirdə köçkün şəhərciyində düşən kütləvi davada bir nəfər ağır xəsarət alıb

Mingəçevir. 14 aprel. REPORT.AZ/ Mingəçevir şəhərindəki köçkün şəhərciyində bir nəfər bir qrup şəxs tərəfindən döyülüb.

”Report”un Şirvan bürosu xəbər verir ki, hadisə köçkün şəhərciyində, 4 saylı binada qeydə alınıb. Məlumata görə, 1989-cu il təvəllüdlü Elvin Yavər oğlu Orucov bir qrup şəxs tərəfindən döyülərək müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi