Mingəçevirdə keçmiş həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Mingəçevirdə keçmiş həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır Mingəçevirdə keçmiş həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Yasin Məhərrəmovun cinayət işi üzrə ibtidai istintaqı yekunlaşıb.
Hadisə
6 İyul , 2022 09:30
Mingəçevirdə keçmiş həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Mingəçevirdə keçmiş həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Yasin Məhərrəmovun cinayət işi üzrə ibtidai istintaqı yekunlaşıb.

"Report" xəbər verir ki, cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Rafail Əliyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası iyulun 15-nə təyin edilib.

Qeyd edək ki, hadisə bu ilin aprelində Mingəçevir şəhəri ərazisində qeydə alınıb.

Belə ki, 1994-cü il təvəllüdlü Y.Məhərrəmov şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı keçmiş həyat yoldaşı 1997-ci il təvəllüdlü Şaxanım Ələkbərovanı çoxsaylı bıçaq zərbələrilə öldürüb.

Y.Məhərrəmova qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi