Mingəçevirdə karantin rejimini pozan 3 nəfər həbs edildi

Mingəçevirdə karantin rejimini pozan 3 nəfər həbs edildi Karantin rejim qaydalarının təmin olunması məqsədi ilə Mingəçevir Şəhər Polis Şöbəsinin (ŞPŞ) əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.
Hadisə
3 Aprel , 2020 10:14
Mingəçevirdə karantin rejimini pozan 3 nəfər həbs edildi
0 : 00
0 : 00

Karantin rejim qaydalarının təmin olunması məqsədi ilə Mingəçevir Şəhər Polis Şöbəsinin (ŞPŞ) əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"a verilən məlumata görə, Yevlax rayon sakini Habil İbrahimov Mingəçevir şəhərinin girişində yaradılan postda polisin “saxla” əmrinə məhəl qoymayaraq şəhərə daxil olub. 

Həmin şəxs saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub. Toplanmış material baxılması üçün Şəhər Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə H.İbrahimov inzibati qaydada həbs edilib.

ŞPŞ-nin əməkdaşları xidmət zamanı şəhər sakinləri Asim Cəfərov Fəqani Ağayevin heç bir zərurət olmadan, sərxoş halda çöldə gəzdiklərini müşahidə ediblər. Həmin şəxslərin barəsində də protokol tərtib olunub və baxılması üçün Şəhər Məhkəməsinə göndərilib. Onlar da məhkəmənin qərarı ilə həbs ediliblər.

Həmçinin, son iki gün ərzində Mingəçevirdə karantin rejim qaydalarını pozan vətəndaşlar barəsində 40-dan artıq inzibati protokol tərtib edilib. 

Son xəbərlər

Orphus sistemi