Mingəçevirdə iri gövdəli ağac avtomobilin üzərinə aşıb, xəsarət alan var - FOTO

Mingəçevirdə iri gövdəli ağac avtomobilin üzərinə aşıb, xəsarət alan var - FOTO Sürücü köməksiz vəziyyətdə deformasiyaya uğrayan avtomobilin içində qalıb
Hadisə
16 İyun , 2017 09:25
Mingəçevirdə iri gövdəli ağac avtomobilin üzərinə aşıb, xəsarət alan var - FOTO
Report.az

Mingəçevir. 16 iyun. REPORT.AZ/ Mingəçevir şəhərində ağac hərəkətdə olan maşının üzərinə aşıb, sürücü xəsarət alıb.

Report“un Şirvan bürosunun məlumatına görə, hadisə şəhərin Nizami küçəsi ərazisində baş verib.

Belə ki, şəhər sakini, 1987-ci il təvəllüdlü Rəvan Ramiz oğlu Əliyev idarə etdiyi 90-FP-566 dövlət qeydiyyat nömrə nişanlı "Nissan-Sunny" markalı avtomobillə hərəkətdə olan zaman güclü külək iri gövdəli ağacı kökündən qopararaq avtomobilin üzərinə aşırıb.

Nəticədə sürücü deformasiyaya uğrayan avtomobilin içində qalıb. Köməksiz vəziyyətdə qalan sürücü ətrafdakıların köməyi ilə avtomobildən çıxarılıb və Mingəçevir Şəhər Mərkəzi Xəsətəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Son xəbərlər

Orphus sistemi