Yuxarı

Mingəçevirdə iki yük maşını toqquşub, xəsarət alanlar var - FOTO

Mingəçevirdə iki yük maşını toqquşub, xəsarət alanlar var - FOTO
© Report

Mingəçevir. 23 aprel. REPORT.AZ/ Mingəçevir şəhərində iki yük maşını toqquşub.

”Report”un Şirvan bürosu xəbər verir ki, hadisə şəhərin Dilarə Əliyeva küçəsində baş verib.

Belə ki, iki yük maşınının toqquşması nəticəsində avtomobillərdən biri aşıb. Nəticədə iki nəfər xəsarət alıb. Yaralılardan biri - 1992-ci il təvəllüdlü Camal Zabil oğlu Paşayev dərhal xəstəxanaya yerləşdirilib, birinə isə hadisə yerində tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi