Mingəçevirdə iki yol qəzası baş verib - FOTO

Mingəçevirdə iki yol qəzası baş verib - FOTO Mingəçevir. 15 iyun. REPORT.AZ/ Mingəçevir şəhərində iki avtomobil toqquşub.
Hadisə
15 İyun , 2018 21:45
Mingəçevirdə iki yol qəzası baş verib - FOTO
Report

Mingəçevir. 15 iyun. REPORT.AZ/ Mingəçevir şəhərində iki avtomobil toqquşub.

"Report”un Şirvan bürosu xəbər verir ki, şəhərin M.Ə.Sabir və Şəhriyar küçələrinin kəsişməsində “VAZ-2107” və “VAZ 2106” markalı avtomobillər toqquşub.

Hadisə nəticəsində ciddi xəsarət alan olmasa da, maşınlara, xüsusilə də, “VAZ-2106”ya xeyli ziyan dəyib.

Gün ərzində başqa qəza bir Təbriz küçəsindən şəhər qəbiristanlığına gedən yolda qeydə alınıb. Həmin ərazidə 3 avtomobilin toqquşması nəticəsində zəncirvari qəza baş verib.

Faktlarla bağlı araşdırmalar aparılır.

Son xəbərlər

Orphus sistemi