Mingəçevirdə iki nəfəri bıçaqlamaqda təqsirləndirilən Fəxrəddin Salmanovun məhkəməsi başlayır.
"Report" xəbər verir ki, iş baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi Bilal Məmmədovun sədrliyi ilə araşdırılacaq.
Qeyd edək ki, hadisə ötən ilin noyabrında şəhərin Xocalı küçəsində qeydə alınıb. Belə ki, şəhər sakini, 1968-ci il təvəllüdlü Fəxrəddin Salmanov aralarında münaqişə zəminində həmyerliləri - 1999-cu il təvəllüdlü Fərid Əliyevi və 1986-cı il təvəllüdlü Akif Qəniyevi bıçaqlayıb.
Yaralılar xəstəxanaya yerləşdirilib və həyatlarını xilas etmək mümkün olub.
Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci il (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində F.Salmanov saxlanılıb.