Mingəçevirdə iki nəfər binadan yıxılaraq ölüb

Mingəçevirdə iki nəfər binadan yıxılaraq ölüb Hər iki faktla bağlı araşdırma aparılır
Hadisə
30 Dekabr , 2016 12:12
Mingəçevirdə iki nəfər binadan yıxılaraq ölüb

Bakı. 30 dekabr. REPORT.AZ/ Mingəçevirdə binanın damını təmir edən şəxs yıxılaraq ölüb.

"Report" xəbər verir ki, Ağcabədi rayon sakini Yaşar Hüseynov Mingəçevir şəhəri ərazisində binalardan (5 mərtəbəli yaşayış binası) birinin damını təmir edərkən ehtiyatsızlıqdan yıxılıb. 

Xəstəxanaya yerləşdirilən Y.Hüseynov orada ölüb.

Digər bir hadisə zamanı, Mingəçevir şəhəri ərazisində yaşayan Rövşən Alqayıtov ehtiyatsızlıqdan evinin eyvanından (5-ci mərtəbədən) yıxılıb. Xəstəxanaya yerləşdirilən R.Alqayıtov orada ölüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi