Mingəçevirdə içərisində 150 min manatdan çox qızıl-zinət əşyaları olan avtomobil qaçırılıb

Mingəçevirdə içərisində 150 min manatdan çox qızıl-zinət əşyaları olan avtomobil qaçırılıb Faktla bağlı araşdırmalara və əməliyyat-axtarış tədbirlərinə başlanılıb
Hadisə
27 Noyabr , 2017 20:29
Mingəçevirdə içərisində 150 min manatdan çox qızıl-zinət əşyaları olan avtomobil qaçırılıb

Mingəçevir. 27 noyabr. REPORT.AZ/ Mingəçevir şəhərində içərisində 150 min manatdan çox qızıl-zinət əşyaları olan avtomobil qaçırılıb. 

"Report”un Şirvan bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında şəhərin Heydər Əliyev prospektində, ticarət mərkəzi yaxınlığındakı qızıl mağazasının qarşısında qeydə alınıb.

Belə ki, 1962-ci il təvəllüdlü Mingəçevir şəhər sakini, qızıl mağazasının sahibi Azər Nazim oğlu Müzəffərov axşam saatlarında həmişə olduğu kimi dükandakı bütün qızıl-zinət əşyalarını xüsusi çantaya yığaraq “VAZ-2107” markalı avtomobilinə qoyub işə saldıqdan sonra obyekti bağlamağa gedib. Bu zaman avtomobil naməlum şəxs tərəfindən qaçırılıb.

Faktla bağlı araşdırmalara və əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

Son xəbərlər

Orphus sistemi