Mingəçevirdə həmyerlisini bıçaqlayan gəncin istintaqı başa çatıb

Mingəçevirdə həmyerlisini bıçaqlayan gəncin istintaqı başa çatıb Mingəçevirdə həmyerlisini bıçaqlayan Məmməd Bəkirovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
2 Yanvar , 2020 16:23
Mingəçevirdə həmyerlisini bıçaqlayan gəncin istintaqı başa çatıb

Mingəçevirdə həmyerlisini bıçaqlayan Məmməd Bəkirovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un xəbərinə görə, cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Rəşir Hüseynovun icraatında olan iş üzrə hazırlıq iclası yanvarın 10-da keçiriləcək.

Qeyd edək ki, 2019-cu ilin avqust ayında Mingəçevir şəhəri Xan Şuşinski küçəsində yerləşən kafedə baş verib.

1987-ci il təvəllüdlü şəhər sakini Məhəmməd Abdullayev kafedə içkili vəziyyətdə olan digər şəxs tərəfindən bıçaqlanıb.

Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1994-cü il təvəllüdlü şəhər sakini Məmməd Səfər oğlu Bəkirov saxlanılaraq istintaqa təhvil verilib. Saxlanılan şəxs ilkin ifadəsində törətdiyi əməli etiraf edib.

Ona Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham verilib. 

Son xəbərlər

Orphus sistemi