Mingəçevirdə əri ilə mübahisə edən hamilə qadın özünü maşının altına atıb - YENİLƏNİB

Mingəçevirdə əri ilə mübahisə edən hamilə qadın özünü maşının altına atıb - YENİLƏNİB Faktla bağlı araşdırmalara başlanılıb
Hadisə
128
21 İyun , 2017 18:19
Mingəçevirdə əri ilə mübahisə edən hamilə qadın özünü maşının altına atıb - YENİLƏNİB

Mingəçevir. 21 iyun. REPORT.AZ/ Mingəçevir şəhərində əri ilə mübahisə edən hamilə qadın özünü hərəkətdə olan avtomobilin altına ataraq intihara cəhd edib.

"Report"un Şirvan bürosunun məlumatına görə, şəhərin Samux küçəsinin sakini, 1993-cü il təvəllüdlü Günel Güloğlan qızı Məmmədova həyat yoldaşı ilə mübahisə edərək küçəyə qaçıb. O, özünü həmin küçədə Eyvaz  Abdulla oğlu Abdullayevin idarə etdiyi "Mercedes" markalı, 10-BT-148 dövlət qeydiyyat nömrə nişanlı avtomobilin üstünə atıb. Hamilə qadın dərhal xəstəxanaya çatdırılıb. 

Faktla bağlı araşdırmalara başlanılıb.


***17:25

Mingəçevir. 21 iyun. REPORT.AZ/ Mingəçevir şəhərində hamilə qadın özünü maşının altına ataraq intihara cəhd edib.

"Report"un Şirvan bürosunun məlumatına görə, hadisə şəhərin Samux küçəsi ərazisində baş verib.

Belə ki, həmin küçənin sakini, 1993-cü il təvəllüdlü Günel Güloğlan qızı Məmmədova ağır bədən xəsarətləri ilə Mingəçevir Şəhər Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan "Report"un yerli bürosuna bildirilib ki, ağır vəziyyətdə xəstəxanaya gətirilən G.Məmmədovanın hamilə olduğu məlum olub: "Yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan Günel Məmmədova onu müalicə edən həkimə ölmək istədiyini və özünü hərəkətdə olan avtomobilin  altına atdığını deyib".

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi