Mingəçevirdə göldə batan gənc xilas edilib

Mingəçevirdə göldə batan gənc xilas edilib Mingəçevir. 20 iyun. REPORT.AZ/ Mingəçevir şəhərində göldə batan gənc xilas edilib.
Hadisə
20 iyun 2018 16:31
Mingəçevirdə göldə batan gənc xilas edilib

Mingəçevir. 20 iyun. REPORT.AZ/ Mingəçevir şəhərində göldə batan gənc xilas edilib.

"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə Mingəçevir çimərliyində baş verib.

Belə ki, 2000-ci il təvəllüdlü Əli Nurəddin oğlu Səlimxanov göldə çimərkən batmaq təhlükəsi ilə üzləşib. Bu zaman Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupunun xilasediciləri tərəfindən xilas edilərək sahilə çıxarılıb və ona ilkin tibbi yardım göstərilib.  

Son xəbərlər

Orphus sistemi