Mingəçevirdə gənc qız intihara cəhd edib

Mingəçevirdə gənc qız intihara cəhd edib Xanım Həsənzadə bu addımı ailə üzvləri ilə mübahisədən sonra atıb
Hadisə
28 Fevral , 2018 22:23
Mingəçevirdə gənc qız intihara cəhd edib

Mingəçevir. 28 fevral. REPORT.AZ/ Mingəçevir sakini özünü öldürmək istəyib.

"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə şəhərin Bağlar yaşayış massivində, 11-ci döngədə baş verib.

Belə ki, 2000-ci il təvəllüdlü şəhər sakini Xanım Fəxri qızı Həsənzadə yuyucu toz içərək intihara cəhd edib. Gənc qız ağır durumda xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə X. Həsənzadə bu addımı ailə üzvləri ilə mübahisə etdikdən sonra atıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi