Mingəçevirdə gənc ana iki azyaşlı övladı ilə birlikdə intihara cəhd edib

Mingəçevirdə gənc ana iki azyaşlı övladı ilə birlikdə intihara cəhd edib Qadını və övladlarını hüquq-mühafizə orqanları əməkdaşları intihardan qurtarıb
Hadisə
2 Sentyabr , 2017 21:52
Mingəçevirdə gənc ana iki azyaşlı övladı ilə birlikdə intihara cəhd edib

Mingəçevir. 2 sentyabr. REPORT.AZ/ Mingəçevirdə 28 yaşlı qadın uşaqları ilə birlikdə özünü yaşayış binasının 5-ci mərtəbəsindən ataraq intihar etmək istəyib.

"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospekti, 35 saylı binada baş verib.

Belə ki, həmin binanın 5-ci mərtəbəsindəki mənzildə kirayədə yaşayan 28 yaşlı Xəyalə Quliyeva özünü iki azyaşlı övladı ilə birlikdə eyvandan atmağa cəhd edib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xüsusi briqadası, hüquq-mühafizə orqanlarının əməkdaşları, təcili yardım və Rayonlararası Psixonevroloji Dispanserin əməkdaşları cəlb olunub.

Qadını dilə tumaq cəhdi baş tutmayıb. Mənzilin qapısını sındıraraq içəri daxil olan hüquq-mühafizə orqanlarının əməkdaşları intihar etmək istəyən qadını və uşaqları son anda ölümdən qurtarıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi