Mingəçevirdə evdə gənc qadın meyiti tapılıb - YENİLƏNİB

Mingəçevirdə evdə gənc qadın meyiti tapılıb - YENİLƏNİB Gənc qadının ölüm səbəbi hələlik müəyyən edilməyib
Hadisə
28 Dekabr , 2017 21:55
Mingəçevirdə evdə gənc qadın meyiti tapılıb - YENİLƏNİB

Mingəçevir. 28 dekabr. REPORT.AZ/ Mingəçevir şəhərində evdən meyiti tapılan qadının şəxsiyyəti müəyyən edilib. 

"Report"un yerli bürosu xəbər verir ki, Göyçay rayon sakini, 1990-cı il təvəllüdlü Vəfa İlham qızı Məmmədovanın yaşadığı evdə meyiti aşkarlanıb. Gənc qadının ölüm səbəbi  hələlik müəyyən edilməyib müəyyən edilməyib, araşdırma və labarator anaizlər aparılır.


***20:48

Mingəçevir. 28 dekabr. REPORT.AZ/ Mingəçevir şəhərində gənc qadın ölmüş vəziyyətdə aşkar olunub.

"Report”un Şirvan bürosu xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində yerləşən 42 saylı binada qeydə alınıb.

Qadının üzərində hər hansı zorakılıq əlamətlərinin olmadığı bildirilir. Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Mingəçevir şəhər şöbəsinə yerləşdirilib. 

Faktla bağlı hüquq mühafizə orqanları tətəfindən araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi