Mingəçevirdə eşitmə qüsurlu velosipedçini maşın vurub

Mingəçevirdə eşitmə qüsurlu velosipedçini maşın vurub Mingəçevir. 8 iyul. REPORT.AZ/ Mingəçevir şəhərində xəsarətlə nəticələnən yol qəzası baş verib.
Hadisə
8 İyul , 2018 19:55
Mingəçevirdə eşitmə qüsurlu velosipedçini maşın vurub

Mingəçevir. 8 iyul. REPORT.AZ/ Mingəçevir şəhərində xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Report”un Şirvan bürosu xəbər verir ki, Yevlax rayon sakini “Mercedes” markalı avtomobil ilə N.Nərimanov küçəsində hərəkətdə olarkən 1 saylı orta məktəbin yaxınlığında velosipedçini vurub.

Nəticədə velosipedi sürən 45-46 yaşlı şəhər sakini Süleymanov İlqar Əlibala oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib. O, müayinə olunduqdan sonra müalicəsini ambulator şəraitdə davam etdirmək üçün evə buraxılıb.

Zərərçəkmişin eşitmə və nitq qüsurlu olduğu bildirilir. Hadisə zamanı onun velosipedi və üzərindəki mobil telefon qurğusu yarasız vəziyyətə düşüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi