Yuxarı
    Bağlamaq

    Mingəçevirdə dövlət qurumunun əməkdaşına bıçaqla hücum edən qadının apellyasiya şikayəti təmin edilməyib

    Birinci instansiya məhkəməsinin çıxardığı qərar dəyişdirilmədən saxlanılıb

    Bakı. 3 fevral. REPORT.AZ/ Şəki Apellyаsiyа Məhkəməsində Mingəçevirdə dövlət qurumunun əməkdaşına bıçaqla hücum etməkdə təqsirləndirilən İbrahimli Gülşən Asif qızının barəsində olan hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

    "Report"un məlumatına görə, İmanverdi Şükürovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

    Qərara əsasən, apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı qərar dəyişdirilmədən saxlanılıb.

    İttiham aktına əsasən, Mingəçevir şəhər sakini, şəhər sakini 1978-ci il təvəllüdlü G.İbrahimli ötən il fevralın 16-da, saat 14:00 radələrində Mingəçevir şəhəri, Fizuli küçəsində yerləşən Əhalinin Sosial Müdafiəsi Mərkəzinin inzibati binasına gəlib. O, üzərində gəzdirdiyi bıçaqla mərkəzin ünvanlı sosial yardım və sosial müavinətlər sektorunun baş məsləhətçisi vəzifəsində işləyən Cəlilova Ülviyyə Akif qızının xidməti otağına daxil olaraq qapını içəridən bağlayıb və onu əvvəl ölümlə hədələyib. Daha sonra G.İbrahimli Ü.Cəlilovaya məxsus qiyməti 80 manat dəyərində olan qızıl sırğanı, 50 manat dəyərində olan mobil telefonu və qeyri-müəyyən məbləğdə pulu ələ keçirmək məqsədi ilə ona hücum edərək, xəsarətlər yetirib.

    Ü.Cəfərova qışqıraraq mərkəzin işçilərini köməyə çağırıb və qorxudan huşunu itirərək yerə yıxılıb. Mərkəz əməkdaşlarının köməyi ilə bıçaqlı şəxs zərərsizləşdirilib. Ü.Cəfərovaya tibbi yardım göstərilib.

    Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları G.İbrahimlini saxlayaraq istintaqa təhvil veriblər və onun barəsində həbs qətimkan tədbiri seçilib.

    O, 181.1-ci (quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın) maddəsi ilə ittiham olunub.

    Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G.İbrahimli 3 il 6 ay müddətə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan prokuror apellyasiya protesti, məhkum isə apellyasiya şikayəti verib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi