Mingəçevirdə daha bir qanunsuz tikintinin qarşısı alınıb

Mingəçevirdə daha bir qanunsuz tikintinin qarşısı alınıb Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tikintidə təhlükəsizliyin təmin olunması istiqamətində üzərinə düşən vəzifələrin icrasını davam etdirir.
Hadisə
29 Dekabr , 2021 12:23
Mingəçevirdə daha bir qanunsuz tikintinin qarşısı alınıb

Fövqəladə Hallar Nazirliyi (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi daha bir qanunsuz tikintinin qarşısını alıb.

Bu barədə “Report”a nazirliyin Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Agentliyin mütəxəssisləri tərəfindən Mingəçevir şəhəri, Təbriz küçəsi, 10A ünvanında “MRT” MMC tərəfindən müvafiq sənədlər olmadan ticarət obyektinin tikintisinin aparılması faktı aşkar edilib.

Göstərilən məsələ ilə əlaqədar FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikinti işləri dayandırılıb və obyekt nəzarətə götürülüb.

Son xəbərlər

Orphus sistemi