Mingəçevirdə çörək sexinin şüşəsi qırılaraq işçinin üzərinə düşüb

Mingəçevirdə çörək sexinin şüşəsi qırılaraq işçinin üzərinə düşüb Çörəkbişirən xəsarət alaraq xəstəxanaya yerləşdirilib
Hadisə
31 Mart , 2018 20:58
Mingəçevirdə çörək sexinin şüşəsi qırılaraq işçinin üzərinə düşüb

Mingəçevir. 31 mart. REPORT.AZ/ Mingəçevir şəhərində yerləşən çörək sexlərinin birində bədbəxt hadisə qeydə alınıb.

"Report”un Şirvan bürosu xəbər verir ki, N.Nərimanov küçəsində yerləşən müəssisədə sexin 1983-cü il təvəllüdlü yerli əməkdaşı Əliyev Bəhruz Vaqif oğlu iş başında sol əl nahiyəsindən müxtəlif xəsarətlər alaraq xəstəxanaya çatdırılıb.

Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, dəqiq məlum olmasa da, sex şüşələrinin qırılaraq çörəkbişirənin üzərinə töküldüyü deyilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi