Mingəçevirdə canavarlar mal-qaraya hücüm edib

Mingəçevirdə canavarlar mal-qaraya hücüm edib Yırtıcılar bir baş iri buynuzlu heyvanı parçalayıb
Hadisə
27 Oktyabr , 2017 23:27
Mingəçevirdə canavarlar mal-qaraya hücüm edib
"Report"

Mingəçevir. 27 oktyabr. REPORT.AZ/ Mingəçevirdə canavarlar bir baş iri buynuzlu heyvanı parçalayıb.

"Report"un Qərb bürosunun məlumatına görə, Mingəçevir şəhər sakini, Ağasəlim Babayevin təsərüffatına hücüm edən canavarlar həyətdə olan bir baş iribuynuzlu heyvanı parçaladıqdan sonra tövləyə girərək, daha 10-a yaxın iribuynuzlu heyvana da zədə yetiriblər.

Mal-qaranın səs küyünə gələn çobanlar itlərin köməyi ilə 5-ə yaxın canavarları oradan qovmağa nail olublar. Canavarların yaraladığı mal-qaraya baytarlar tərəfindən yardım göstərilib.

Qeyd edək ki, yırtıcılar bir neçə ay əvvəl də A.Babayevin təsərüffatına hücum edərək, 50 baş qoyunu və bir neçə atı parçalayaraq tələf ediblər.

Son xəbərlər

Orphus sistemi