Mingəçevirdə bir yaşlı körpənin üzərinə qaynar su dağılıb

Mingəçevirdə bir yaşlı körpənin üzərinə qaynar su dağılıb Uşaq sinə və qarın nahiyələrindən yanıq xəsarətləri alıb
Hadisə
9 İyul , 2017 23:00
Mingəçevirdə bir yaşlı körpənin üzərinə qaynar su dağılıb

Mingəçevir. 9 iyul. REPORT.AZ/ Mingəçevirdə ehtiyatsızlıq nəticəsində 1 yaşlı körpə ciddi xəsarət alıb.

"Report" xəbər verir ki, hadisə şəhərin Günəş küçəsi, 52 ünvanında qeydə alınıb.

Həmin ünvanda yaşayan 2016-cı il təvəllüdlü Hüseynli Elvina Tural qızının üstünə qaynar su qabı aşıb. Şəhər Mərkəzi Xəstəxanasına çatdırılan uşağın sinə və qarın nahiyələrində 1-ci dərəcəli yanıq xəsarətləri aşkar olunub. Körpəyə dərhal tibbi yardım göstərilib. Müalicəsi davam edir.

Son xəbərlər

Orphus sistemi