Mingəçevirdə bir gündə iki uşaq təcili yardım maşınında dünyaya gəlib

Mingəçevirdə bir gündə iki uşaq təcili yardım maşınında dünyaya gəlib Onlar həkim nəzarəti altında saxlanılır
Hadisə
20 Avqust , 2017 20:43
Mingəçevirdə bir gündə iki uşaq təcili yardım maşınında dünyaya gəlib

Mingəçevir. 20 avqust. REPORT.AZ/ Mingəçevirdə iki ayrı təcili yardım maşınında oğlan və qız uşaqları doğulub. “Report”un Şirvan bürosu xəbər verir ki, doğuşlar bu gün şəhərin Vidadi küçəsi 2 və Aydın Məmmədov küçəsi 12 ünvanından hamilə qadınlar təcili yardım maşınları ilə xəstəxanaya götürüldüyü zaman baş verib.

Belə ki, Vidadi küçəsində yaşayan 1982-ci il təvəllüdlü Günel Kərimova oğlunu, Aydın Məmmədov küçəsininin sakini 1996-cı il təvəllüdlü Nuranə Məmmədova isə qız övladını xəstəxanaya yetişmədən təcili yardım maşınında doğub.

Əldə olunan məlumata görə oğlan uşağı vaxtından əvvəl dünyaya gəlib və çəkisi 2 kq 100 qramdır. Bununla belə, hər iki körpənin durumu stabil olaraq dəyərləndirilir və onlar həkim nəzarəti altında saxlanılır.

Son xəbərlər

Orphus sistemi