Mingəçevirdə bacısını qətlə yetirən şəxsə hökm oxundu

Mingəçevirdə bacısını qətlə yetirən şəxsə hökm oxundu Qadın aldığı 12 bıçaq zərbəsindən dünyasını dəyişib
Hadisə
20 Fevral , 2021 12:58
Mingəçevirdə bacısını qətlə yetirən şəxsə hökm oxundu

Şəki Ağır Cinayətlər Məhkəməsində bacısını qətlə yetirməkdə təqsirləndirilən Malik Məmmədovun cinayət işi məhkəmə prosesi keçirilib.

“Report” xəbər verir ki, hakim Rəşid Hüseynovun sədrlik etdiyi iclasda hökm oxunub.

Hökmə əsasən, M.Məmmədov 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən il sentyabr ayında Mingəçevirdə baş verib. Yevlax rayonunun Xanabad kənd sakini, 1985-ci il təvəllüdlü M.Məmmədov bacısı, 1986-cı il təvəllüdlü M.Məmmədovanı qısqanclıq zəminində qətlə yetirib.

Qadın aldığı 12 bıçaq zərbəsindən dünyasını dəyişib.

Malik Məmmədova Cinayt Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib.

Son xəbərlər

Orphus sistemi