Mingəçevirdə bacısını öldürən qardaş hakim qarşısına çıxarılır

Mingəçevirdə bacısını öldürən qardaş hakim qarşısına çıxarılır Mingəçevirdə bacısını qətlə yetirməkdə təqsirləndirilən Malik Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
12 Dekabr , 2020 13:05
Mingəçevirdə bacısını öldürən qardaş hakim qarşısına çıxarılır

Mingəçevirdə bacısını qətlə yetirməkdə təqsirləndirilən Malik Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

“Report” xəbər verir ki, cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Rəşid Hüseynovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, hadisə sentyabrın 10-da saat 21 radələrində Mingəçevir şəhəri ərazisində baş verib.

1986-cı il təvəllüdlü Mirvari Məmmədovanın bıçaqlanaraq öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İstintaqla qardaşı, 1985-ci il təvəllüdlü Malik Məmmədovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Mirvari Məmmədovaya çoxsaylı bıçaq xəsarətləri yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

İstintaqa cəlb edilən M.Məmmədova qəsdən adam öldürmə maddəsi ilə ittiham verilib.

Son xəbərlər

Orphus sistemi