Mingəçevirdə baba ehtiyatsızlıqdan laqonda ilə nəvəsinin ayağını kəsib

Mingəçevirdə baba ehtiyatsızlıqdan laqonda ilə nəvəsinin ayağını kəsib Uşaq hər iki ayağından kəsik xəsarətləri ilə xəstəxanaya yerləşdirilib
Hadisə
8992
20 İyun , 2018 23:49
Mingəçevirdə baba ehtiyatsızlıqdan laqonda ilə nəvəsinin ayağını kəsib

Mingəçevir. 20 iyun. REPORT.AZ/ Mingəçevir şəhərində baş verən bədbəxt hadisə nəticəsində 14 yaşlı uşaq xəsarət alıb.

"Report”un Şirvan bürosu xəbər verir ki, Aydın Məmmədov küçəsi, 7 a, mənzil 44-də işlək vəziyyətdə olan laqondanın 2004-cü il təvəllüdlü Cəfərov Orxan Vüqar oğlunun üzərinə düşməsi nəticəsində yeniyetmə ağır xəsarətlər alıb.

Laqonda uşağın sol baldır əzələsini və sağ ayaq barmağını kəsib. Yaralı xəstəxanaya çatdırılaraq əməliyyat edilib.

Məlum olub ki, hadisə O.Cəfərovun babası evdə təmir işləri görərkən baş verib. Ehtiyatsızlıq nəticəsində işlək vəziyyətdə olan laqonda babanın əlindən düşərək yanındakı nəvəsinə ağır xəsarət yetirib.

Son xəbərlər

Orphus sistemi