Yuxarı

Mingəçevirdə azyaşlını avtomobil vuraraq ağır xəsarət yetirib

Mingəçevirdə azyaşlını avtomobil vuraraq ağır xəsarət yetirib

Faktla bağlı araşdırma aparılır​

Mingəçevir. 14 sentyabr. REPORT.AZ/ Mingəçevir şəhərində avtomobil 6 yaşlı uşağı vuraraq ağır xəsarətlər yetirib.

”Report”un Şirvan bürosu xəbər verir ki, şəhər sakini, 2011-ci il təvəllüdlü Maqsud Elşən oğlu İbrahimovu yolu keçmək istəyərkən “VAZ-2107” markalı avtomobil vurub. Hadisəni törədən 37 yaşlı sürücü yaralı uşağı xəstəxanaya çatdırıb. Əməliyyat olunan uşağın zədələnmiş dalağı həkimlər tərəfindən çıxarılıb. Xəstəxanadan yaralının vəziyyətinin kafi olduğu bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, M.İbrahimov sabah-sentyabrın 15-də birinci sinifə gedəcəkdi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi