Mingəçevirdə axtarışda olan cibgir qadın tutuldu

Mingəçevirdə axtarışda olan cibgir qadın tutuldu Mingəçevirdə oğurluq hadisəsi baş verib.
Hadisə
6 Aprel , 2020 12:33
Mingəçevirdə axtarışda olan cibgir qadın tutuldu

Mingəçevirdə oğurluq hadisəsi baş verib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat verib.

Belə ki, Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 1-də şəhər ərazisində Yevlax rayon sakini K.Kərimovun cibindən 210 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş, Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan S.Kadırova saxlanılıb.

Ətrafında aparılan tədbirlərlə onun Mingəçevir şəhər sakini A.Əliyevin cibindən 155 manat oğurlaması da müəyyən edilib.

Son xəbərlər

Orphus sistemi