Yuxarı

Mingəçevirdə avtoxuliqan saxlanılıb, birillik sürücülük hüququndan məhrum edilib

​Mingəçevirdə avtoxuliqanlıq edən sürücü saxlanılıb

Mingəçevirdə avtoxuliqanlıq edən sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan "Report"a verilən məlumata görə, Mingəçevir Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları şəhər ərazisində polisin qanuni “ saxla” əmrinə tabe olmayaraq, avtoxuliqanlıq edən və bununla da başqa hərəkət iştirakçılarının həyatına ciddi təhlükə yaradan sürücünü saxlayıb.

Belə ki, “VAZ-2107” markalı 90-OF-116 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünə avtomobildə olan konstruksiya dəyişikliyi ilə əlaqədar olaraq yol polisi əməkdaşları tərəfindən “saxla” əmri verilib. Ancaq sürücü bu əmrə tabe olmayaraq hərəkətə davam etdiyindən yol polisi sürücünü təqib etməyə başlayıb. Təqib zamanı dəfələrlə edilən çağırışlara baxmayaraq, sürücü ictimai qaydanı və digər hərəkət iştirakçılarının da təhlükəsizliyini, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə yol verərək avtoxuliqanlıq edib. DYPB-nin əməkdaşları bir müddət sonra həmin avtomobili saxlamağa nail olublar. Sürücünün Mingəçevir şəhər sakini Murad Babayev olduğu müəyyən olunub. Eyni zamanda avtomobilin üzərində ödənmədiyi cəriməyə görə həbs olduğu da aşkar edilib.

Sürücü M. Babayev İnzibati Xətalar Məcəlləsinin bir neçə maddəsində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinərək toplanmış material Mingəçevir Şəhər Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə sürücü 15 sutka inzibati qaydada həbs olunub və 1 il müddətinə sürücülük hüququndan məhrum edilib.

Qeyd edək ki, M. Babayev əvvəllər də yol hərəkəti qaydalarını pozduğuna, avtoxuliqanlıq hərəkətləri etdiyinə görə yol polisi əməkdaşları tərəfindən barəsində dəfələrlə inzibati qaydada tədbirlər görülüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi