Mingəçevirdə avtomobilin vurduğu qadın piyadaların adları məlum olub - YENİLƏNİB

Mingəçevirdə avtomobilin vurduğu qadın piyadaların adları məlum olub - YENİLƏNİB Mingəçevir. 2 aprel. REPORT.AZ/ Mingəçevir şəhərində avtomobilin vurduğu 4 piyada qadından 3-nün adı məlum olub.
Hadisə
2 Aprel , 2018 18:55
Mingəçevirdə avtomobilin vurduğu qadın piyadaların adları məlum olub - YENİLƏNİB

Mingəçevir. 2 aprel. REPORT.AZ/ Mingəçevir şəhərində avtomobilin vurduğu 4 piyada qadından 3-nün adı məlum olub.

"Report"un Şirvan bürosu xəbər verir ki, bunlar Fəridə Məmmədəli qızı Məmmədova, Tamara Alsemid qızı Qaradilova və Yeganə Ədalət qızı Qarayevadır.

Digər piyada isə ciddi xəsarət almadığı üçün xəstəxanaya müraciət etməyib.


***16:33

Mingəçevir. 2 aprel. REPORT.AZ/ Mingəçevir şəhərində 4 piyadanı avtomobil vurub. 

"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində baş verib.

Belə ki, hərəkətdə olan "Mercedes" markalı avtomobil 4 nəfər qadını vurub. 

Yaralılar xəstəxanaya çatdırılıb. 

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi