Mingəçevirdə avtomobil yoldan çıxaraq işıq dirəyinə çırpılıb, sürücü xəsarət alıb

Mingəçevirdə avtomobil yoldan çıxaraq işıq dirəyinə çırpılıb, sürücü xəsarət alıb Mingəçevir. 22 mart. REPORT.AZ/ Mingəçevir şəhərində ağır yol qəzası baş verib.
Hadisə
22 Mart , 2018 15:39
Mingəçevirdə avtomobil yoldan çıxaraq işıq dirəyinə çırpılıb, sürücü xəsarət alıb

Mingəçevir. 22 mart. REPORT.AZ/ Mingəçevir şəhərində ağır yol qəzası baş verib.

”Report”un Şirvan bürosunun məlumatına görə, hadisə şəhərin Samux küçəsində baş verib.

Belə ki, ”Niva” markalı avtomobilin sürücüsü idarəetməni itirib və avtomobil yolun kənarındakı işıq dirəyinə çırpılıb. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü, 1995-ci il təvəllüdlü Hümbətov Əmirxan Vüqar oğlu xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi