Mingəçevirdə avtomobil yanıb - FOTO

Mingəçevirdə avtomobil yanıb - FOTO Nəticədə avtomobilin salonunda elektrik naqilləri qismən yanıb
Hadisə
17 fevral 2021 11:19
Mingəçevirdə avtomobil yanıb - FOTO

Mingəçevir şəhərində avtomobildə yanğın hadisəsi olub.

"Report"un xəbərinə görə, hadisə bu gün günorta saatlarında şəhərin mərkəzi hissəsində qeydə alınıb.

Belə ki, "Opel" markalı minik avtomobilində anidən yanğın başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları gəlib. Avtomobil yanğından mühafizə olunub. Yanğın FHN-in yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Nəticədə avtomobilin salonunda elektrik naqilləri qismən yanıb.

Araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi