Mingəçevirdə avtomobil işıq dirəyinə çırpılıb, 1 nəfər xəsarət alıb

Mingəçevirdə avtomobil işıq dirəyinə çırpılıb, 1 nəfər xəsarət alıb Hadisə ilə bağlı Mingəçevir şəhər Polis Şöbəsində araşdırma aparılır
Hadisə
29 Aprel , 2017 16:50
Mingəçevirdə avtomobil işıq dirəyinə çırpılıb, 1 nəfər xəsarət alıb

Mingəçevir. 29 aprel. REPORT.AZ/ Mingəçevirdə yol qəzası baş verib.

"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə şəhərin 10-cu Bağ küçəsində qeydə alınıb. 

Belə ki, Heydər Əliyev prospekti ilə Xaldan qəsəbəsi istiqamətində hərəkət edən "Mersedes" markalı 09-BJ-440 dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Rauf Qabil oğlu Kərimov idarəetməni itirərək avtomobili yol kənarındakı işıq dirəyinə və ağaclara çırpıb.

Qəza nəticəsində sürücü yüngül xəsarət alıb.

Hadisə ilə bağlı Mingəçevir şəhər Polis Şöbəsində araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi