Mingəçevirdə avtomobil beton işıq dirəyinə çırpılıb, ölən və yaralanan var - YENİLƏNİB

Mingəçevirdə avtomobil beton işıq dirəyinə çırpılıb, ölən və yaralanan var - YENİLƏNİB Yaralılardan birinin vəziyyəti ağırdır
Hadisə
27 Yanvar , 2018 20:42
Mingəçevirdə avtomobil beton işıq dirəyinə çırpılıb, ölən və yaralanan var - YENİLƏNİB

Mingəçevir. 27 yanvar. REPORT.AZ/ Mingəçevir şəhərində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərdən biri xəstəxanada ölüb.

"Report"un yerli bürosunun verdiyi məlumata görə, Füzuli Saday oğlu İsgəndərovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil iadarəetmədən çıxaraq yolun kənarındakı beton işıq dirəyinə çırpılıb. Nəticədə sürücü F.İsgəndərov və onun sərnişini İsmayıl Cabbarov ağır bədən xəsarətləri alıb. Xəstəxanaya yerləşdirilən İ.Cabbarov orada ölüb.

Faktla bağlı araşdırma aparılır.


***20:01

Mingəçevir. 27 yanvar. REPORT.AZ/ Mingəçevir şəhərində iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report”un Şirvan bürosu xəbər verir ki, hadisə axşam saatlarında şəhərin Samux küçəsində qeydə alınıb.

İdarəetmədən çıxan “VAZ-2107” markalı avtomobil yolun kənarındakı beton işıq dirəyinə çırpılıb. Nəticədə sürücü və sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Mingəçevir Şəhər Xəstəxansına çatdırılıb. Xəstəxanadan bildirilib ki, hər iki şəxsin vəziyyəti orta-ağır olaraq qalır. 

Son xəbərlər

Orphus sistemi