Mingəçevirdə avtomobil ana və 3 uşağını vuraraq ağır xəsarət yetirib - YENİLƏNİB

Mingəçevirdə avtomobil ana və 3 uşağını vuraraq ağır xəsarət yetirib - YENİLƏNİB Mingəçevir. 13 iyun. REPORT.AZ/ Minğəçevirdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların kimliyi məlum olub.
Hadisə
13 İyun , 2018 23:25
Mingəçevirdə avtomobil ana və 3 uşağını vuraraq ağır xəsarət yetirib - YENİLƏNİB

Mingəçevir. 13 iyun. REPORT.AZ/ Minğəçevirdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların kimliyi məlum olub.

"Report"un Şirvan bürosu xəbər verir ki, onlar Mingəçevir şəhər sakinləri: - 2013-cü il təvəllüdlü Orucov Elmin Elməddin oğlu, 2010-cu il təvəllüdlü Orucova Yağmur Elməddin qızı, 2008-ci il təvəllüdlü Orucova Duyğu Elməddin qızı və Orucova İbadətdir.

Yaralılardan İ. Orucovanın vəziyyəti ağırdır. İlkin məlumata görə, hadisə sakinlərin körpünün piyadalar üçün nəzərdə tutulmamış hissəsindən keçən zaman baş verib.

Faktla bağlı araşdırma aparılır.


***21:22

Mingəçevirdə bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə şəhərin Kür çayı üzərindən keçən körpüsü üzərində baş verib.

"VAZ-2101" markalı avtomobil ananı və 3 azyaşlı övladını vuraraq ağır xəsarət yetirib. Yaralılar hadisəni törədən sürücü və digər şəxslər tərəfindən xəstəxanaya yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi