Mingəçevirdə avtomobil 40 yaşlı qadını vurub

Mingəçevirdə avtomobil 40 yaşlı qadını vurub İlhamə Məhərrəmovanı VAZ-2107 markalı avtomobil vurub
Hadisə
22 Noyabr , 2017 21:46
Mingəçevirdə avtomobil 40 yaşlı qadını vurub

Mingəçevir. 22 noyabr. REPORT.AZ/ Mingəçevirdə piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə şəhərin Aydın Məmmədov küçəsində, Heydər Məscidinin yaxınlığında qeydə alınıb.

Belə ki, 1977-ci il təvəllüdlü şəhər sakini İlhamə Məhərrəmova yolu keçmək istəyərkən VAZ-2107 markalı avtomobil onu vuraraq xəsarət yetirib. Yaralı Mingəçevir Şəhər Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi