Mingəçevir. 16 iyul. REPORT.AZ/ Mingəçevir şəhərində bir ailənin 4 üzvünü maşın vurub, 2 nəfər ölüb.
"Report" xəbər verir ki, hadisə zamanı ağır bədən xəsarətləri alan, 2015-ci il təvəllüdlü Mələk Pərviz qızı Hüseynova yerləşdirldiyi xəstəxanada ölüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
***8:19
Mingəçevir. 16 iyul. REPORT.AZ/ Yaralı piyadalardan biri xəstəxanada keçinib.
"Report”un Şirvan bürosu xəbər verir ki, şəhərin bayraq meydanında avtomobil tərəfindən vurularaq ağır xəsarət almış 1986-cı il təvəllüdlü şəhər sakini Hüseynova Gülnar Zülfüqar qızının həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, hadisə şəhərin bayraq meydanında baş vermişdi.
Belə ki, iyulun 15-i axşam saatlarında yolu keçmək istəyən bir ailənin dörd üzvünü maşın vuraraq ağır xəsarət yetirib.
Faktla bağlı araşdırma aparılır.
***22:10
Mingəçevir. 15 iyul. REPORT.AZ/ Mingəçevirdə piyadaların vurulması ilə nəticələnən ağır yol qəzası baş verib.
"Report”un Şirvan bürosu xəbər verir ki, hadisə bayraq meydanında baş verib.
Belə ki, “Mercedes” markalı maşın yolu keçmək istəyən 4 piyadanı vurub. Onlardan ikisi qadın biri kişi biri isə azyaşlı körpəsi. Yaralılar xəstəxanaya çatdırılıb.
Yaralılar:
Nəsibova Labidə Zülfüqar qızı
Nəsibov Zülfüqar Rəmzi oğlu
Hüseynova Gülnar Zülfüqar qızı
Hüseynova Mələk Pərviz qızı
Faktlla bağlı araşdırma aparılır.