Mingəçevirdə avtomobil 11 yaşlı uşağı vurdu

Mingəçevirdə avtomobil 11 yaşlı uşağı vurdu Mingəçevir şəhərində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
895
5 Yanvar , 2021 22:59
 Mingəçevirdə avtomobil 11 yaşlı uşağı vurdu

Mingəçevir şəhərində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, yolu keçən 2010-cu il təvəllüdlü Abdullayev Əli Elşən oğlunu avtomobil vurub.

Yaralı təcili yardımın köməkliyi ilə əvvəlcə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb, lakin vəziyyəti ağır olduğundan bu gün Bakıda yerləşən xəstəxanaların birinə gətirilib. Müayinə zamanı ona qapalı kəllə-beyin travması, baş-beyin əziyi və sağ gicgah sümüyünün sınığı diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi