Mingəçevirdə ata və oğlunu bıçaqlayan şəxs tutulub - YENİLƏNİB

Mingəçevirdə ata və oğlunu bıçaqlayan şəxs tutulub - YENİLƏNİB Mingəçevir. 9 dekabr. REPORT.AZ/ Mingəçevir şəhərində ata və oğlunu bıçaqlayan şəxs saxlanılıb.
Hadisə
9 Dekabr , 2017 17:22
Mingəçevirdə ata və oğlunu bıçaqlayan şəxs tutulub - YENİLƏNİB

Mingəçevir. 9 dekabr. REPORT.AZ/ Mingəçevir şəhərində ata və oğlunu bıçaqlayan şəxs saxlanılıb.

”Report”un Şirvan bürosunun məlumatına görə, dekabrın 7-də Mingəçevir şəhər sakinləri olan ata və oğul - Elçin Qəmbərovu və onun oğlu Elmiri bıçaqlayan şəxs tutulub.

Hadisə ilə bağlı Mingəçevir Şəhər Polis Şöbəsində əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Nəticədə hadisəni törətməkdə şübhəli bilinən Ramin Qəmbərov saxlanılıb. Onun üzərinə baxış keçirilərkən hadisəni törədərkən istifadə etdiyi bıçaq da maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

***12:51

Mingəçevir. 7 dekabr. REPORT.AZ/ Mingəçevir şəhərində ata və oğul bıçaqlanıb.

"Report"un Şirvan bürosu xəbər verir ki, naməlum şəxs Elçin Qəmbərovu və onun oğlu Elmir mbərovu bıçaqlayıb. Yaralı ata və oğul Mingəçevir Şəhər Xəstəxanasına yerləşdirilıib.

Hadisəni törədən şəxsin axtarışlarına başlanılıb. 

Son xəbərlər

Orphus sistemi