Mingəçevirdə ata övladını xilas etmək üçün həyatını təhlükəyə atıb

Mingəçevirdə ata övladını xilas etmək üçün həyatını təhlükəyə atıb O, nəticədə kəsilmə və sınıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib
Hadisə
11 İyun , 2017 19:29
Mingəçevirdə ata övladını xilas etmək üçün həyatını təhlükəyə atıb

Mingəçevir. 11 iyun. REPORT.AZ/ Mingəçevirdə ata övladını xilas etmək üçün öz həyatını təhlükəyə atıb.

“Report"un Şirvan bürosunun xəbərinə görə, hadisə Şəhriyar küçəsi 1, mənzil 20-də qeydə alınıb.

Belə ki, 1985-ci il təvəllüdlü Elşən Firdovsi oğlu Məmmədov evin pəncərə şüşəsinin güclü külək nəticəsində qırılaraq azyaşlı övladının üzərinə tökülməsinin qarşısını alıb. O, özünü lay şüşənin qarşısına verib. Nəticədə E.Məmmədov əl, qol və bilək nayihələrinin kəsilmə və sınıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. O, ilkin tibbi yardımdan sonra əməliyyat olunub.

Xəstəxanadan verilən məlumata görə, hazırda xəstənin vəziyyəti sabitdir.

Son xəbərlər

Orphus sistemi