Mingəçevirdə arvadını qısqanıb öldürən kişiyə hökm oxundu

Mingəçevirdə arvadını qısqanıb öldürən kişiyə hökm oxundu Şəki Ağır Cinayətlər Məhkəməsində Mingəçevirdə arvadını öldürməkdə təqsirləndirilən Elnur İsayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hadisə
18 Yanvar , 2021 20:33
Mingəçevirdə arvadını qısqanıb öldürən kişiyə hökm oxundu

Şəki Ağır Cinayətlər Məhkəməsində Mingəçevirdə arvadını öldürməkdə təqsirləndirilən Elnur İsayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

“Report” xəbər verir ki, hakim Rəşid Hüseynovun sədrlik etdiyi kollegiyanın hökmü ilə E.İsayevə 10 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.

Qeyd edək ki, hadisə ötən il mayın 20-də Mingəçevir şəhəri ərazisində baş verib.

İttihama görə, Elnur İsayev həyat yoldaşının başqa şəxslə telefonla danışdığından şübhələnərək qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı 1982-ci il təvəllüdlü Fərqanə İsayevaya bıçaq zərbələri vuraraq qəsdən öldürüb.

Ona Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə ittiham verilib.

Son xəbərlər

Orphus sistemi