Mingəçevirdə 9 yaşlı uşağı maşın vurub

Mingəçevirdə 9 yaşlı uşağı maşın vurub Yaralı kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib
Hadisə
23 Aprel , 2017 17:20
Mingəçevirdə 9 yaşlı uşağı maşın vurub

Mingəçevir. 23 aprel. REPORT.AZ/ Günorta saatlarında Mingəçevir şəhərində azyaşlı piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un yerli bürosu xəbər verir ki, şəhərin Samux küçəsində yaşayan 2008-ci il təvəllüdlü Hüseynova Zəhra Novruz qızı "Jiquli" markalı avtomobil tərəfindən vurulub.

Yaralı Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Uşaq reanimasiya şöbəsinə yerləşdirilib. Şöbə müdiri Eldar Kərimovun məlumatına görə, vurulan azyaşlıya açıq kəllə-beyin travması, baş-beyin silkələnməsi, sümüyün sınığı, sol göz nahiyəsinin hipetoması diaqnozu ilə çevik tibbi müdaxilə olunub. Hazırda xəstənin vəziyyəti sabit-ağır olaraq qiymətləndirilir.

Mingəçevir Şəhər Polis Şöbəsindən verilən ilkin məlumata görə, hadisə ilə bağlı təhqiqat aparılır.

Son xəbərlər

Orphus sistemi