Mingəçevirdə 7 yaşlı uşağı avtomobil vurub

Mingəçevirdə 7 yaşlı uşağı avtomobil vurub Mingəçevir- Yevlax avtomobil yolunun Mingəçevir ərazisindən keçən hissəsində az yaşlı piyadanı avtomobil vurub.
Hadisə
13 İyul , 2021 23:09
Mingəçevirdə 7 yaşlı uşağı avtomobil vurub
0 : 00
0 : 00

Mingəçevir-Yevlax avtomobil yolunda az yaşlı piyadanı avtomobil vurub.

"Report"un məlumatına görə, "Mercedes" markalı avtomobil yolu qarşı tərəfə keçmək istəyən, 2014-cü il təvəllüdlü Ş.Məhərrəmovu vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan azyaşlı Mingəçevir şəhər Xəstəxanasına aparılıb.

Onun vəziyyəti kafi qiymətləndirilir.

Qeyd edək ki, azyaşlı içərisində yaxınlarının da olduğu maşından düşüb və qarşı tərəfə keçmək istəyib. Sağa-sola baxmadan anidən yola qaçdığı zaman da məlum hadisə olub.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi