Mingəçevirdə 53 yaşlı qadın intihara cəhd göstərib

Mingəçevirdə 53 yaşlı qadın intihara cəhd göstərib Faktla bağlı araşdırma aparılır
Hadisə
27 Dekabr , 2017 17:37
Mingəçevirdə 53 yaşlı qadın intihara cəhd göstərib

Mingəçevir. 27 dekabr. REPORT.AZ/ Mingəçevir şəhərində 53 yaşlı qadın intihara cəhd edib.

"Report”un Şirvan bürosunun məlumatına görə, hadisə şəhərin Aydın Məmmədov küçəsi 3a saylı binada qeydə alınıb.

Belə ki, həmin binada, mənzil 37 ünvanında yaşayan 1964-cü il təvəllüdlü şəhər sakini Zərifə Xudaverdi qızı Quliyeva özünü blokun kommunikasiya borusundan asaraq öldürməyə çalışıb. Ancaq ətrafdakı insanlar intihar hadisəsinin qarşısını alıblar. İntihara cəhdin səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi