Mingəçevirdə 4 yaşlı uşaq kimyəvi məhlul içərək zəhərlənib

Mingəçevirdə 4 yaşlı uşaq kimyəvi məhlul içərək zəhərlənib Mingəçevir. 12 iyun. REPORT.AZ/ Mingəçevir şəhərində 4 yaşlı uşaq kimyəvi maddə içərək zəhərlənib.
Hadisə
12 İyun , 2018 22:43
Mingəçevirdə 4 yaşlı uşaq kimyəvi məhlul içərək zəhərlənib

Mingəçevir. 12 iyun. REPORT.AZ/ Mingəçevir şəhərində 4 yaşlı uşaq kimyəvi maddə içərək zəhərlənib.

“Report”un Şirvan bürosu xəbər verir ki, hadisə şəhərin 20 Yanvar küçəsi, 35 ünvanında qeydə alınıb.

Həmin ünvana qonaq gələn 2014-cü il təvəllüdlü şəhər sakini Məmmədhüseynli Kamil Rəşad oğlu bilməyərəkdən kimyəvi məhlul içib. Azyaşlı dərhal xəstəxanaya çatdırılıb. Görülən tədbirlər nəticəsində uşağın vəziyyəti sabitləşib.

Son xəbərlər

Orphus sistemi