Mingəçevirdə 4 gənc marketdən oğurluq edib

Mingəçevirdə 4 gənc marketdən oğurluq edib Mingəçevir. 15 iyun. REPORT.AZ/ Mingəçevir şəhərində oğurluq hadisəsi baş verib.
Hadisə
15 İyun , 2018 22:57
Mingəçevirdə 4 gənc marketdən oğurluq edib
Report.az

Mingəçevir. 15 iyun. REPORT.AZ/ Mingəçevir şəhərində oğurluq hadisəsi baş verib.

"Report”un Şirvan bürosu xəbər verir ki, hadisə təxminən 16-18 yaşlarında olan 4 gənc tərəfindən Aydın Məmmədov küçəsində yerləşən “Zaur” marketdə törədilib.

Oğurluq market açıq olan zaman olub və müşahidə kameralarına düşüb.

Mingəçevir polisi faktla bağlı əməliyyat keçirərək şübhəli şəxsləri "isti izlər"lə yaxalayıb.

Məlum olub ki, onların bir qismi satıcını məşğul edib, digərləri isə öz niyyətlərini həyata keçiriblər. Lakin naşılıqları səbəbindən marketdəki müşahidə kameralarından xəbərsiz olublar.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi