Mingəçevirdə 3-cü mərtəbədən düşən üç yaşlı uşaq sağ qalıb

Mingəçevirdə 3-cü mərtəbədən düşən üç yaşlı uşaq sağ qalıb Hazırda uşağın vəziyyəti stabildir
Hadisə
102
26 May , 2017 13:24
Mingəçevirdə 3-cü mərtəbədən düşən üç yaşlı uşaq sağ qalıb

Bakı. 26 may. REPORT.AZ/ Mingəçevir şəhərində üçüncü mərtəbədən düşən uşaq sağ qalıb.

“Report” Şirvan bürosunun məlumatına görə, hadisə Mingəçevir şəhəri Abdulla Şaiq küçəsində qeydə alınıb. 

Belə ki, həmin binanın 27-ci mənzilində yaşayan, 2014-cü il təvəllüdlü Vüqar Vüsal oğlu Nağızadə ehtiyatsız davranaraq binanın üçüncü mərtəbəsindən yerə yıxılıb. Sol ayağında sınıqlar və üz nahiyyəsində müxtəlif xəsarətlər alan azyaşlı dərhal Mingəçevir Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Həkimlərin səyi nəticəsində V.Nağızadə sağ qalıb. 

Hazırda uşağın vəziyyəti stabildir, müalicəsi davam edir.

Son xəbərlər

Orphus sistemi